azia.az
azia.az

İsraildə olan Maksim Qalkin ailəsi ilə birlikdə PAYLAŞIM ETDİ - FOTO

8-10-2023, 10:03

Fələstinin radikal “HƏMAS” hərəkatının İsrailə qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda ölkədə olan rusiyalı şoumen Maksim Qalkin paylaşım edib.

Xəbər verilir ki, şoumen sosial media hesabında paylaşım edərək "Bu gün saat 6:30-da sirenaların səsinə oyandıq" deyə, yazıb. İsrail üçün çətin dövr olduğunu vurğulayan Qalkin həlak olanların ailələrinə başsağlığı verib. O, fikirlərini "İsrail qalib gələcək" sözləri ilə tamamlayıb.

Xatırladaq ki, M.Qalkin və ailəsi - həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova, övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüblər.

Qeyd edək ki, son açıqlanan məlumatlara görə, “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox israilli həlak olub, 1 400-dən çox insan xəsarət alıb. AZİNFORM.AZ



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi