azia.az
azia.az

Gülmək bu orqan üçün olduqca faydalıdır - Dünyaca məşhur mütəxəssislər açıqladı

6-10-2023, 08:09

Daha əvvəl heç edilməmiş bir araşdırma göstərdi ki, gülüş, xüsusilə, ürək xəstələri üçün vacib bir dərman ola bilər.

Avropa Kardiologiya Cəmiyyətinin Amsterdamda keçirilən illik toplantısında aparılan araşdırmalara görə gülüş terapiyası ürək, qaraciyər, arteriya və venaları əhatə edən qan dövranı sisteminin funksional imkanlarını gücləndirir.

XÜSUSİLƏ ÜRƏK ÜÇÜN FAYDALIDIR

Braziliyanın Porto Aleqre Klinik Xəstəxanasından Marko Saffi də daxil olmaqla tədqiqatçılar müəyyən bir müddət gülüş terapiyasından sonra koronar arteriya xəstələrində iltihabın azaldığını və sağlamlıq əlamətlərinin müsbətə doğru getdiyini aşkar etdilər.

Gülüş xəstələrin ürəyindəki toxumanın genişlənməsinə kömək edir və bədənə oksigen axını artırır. Tədqiqatçılar bu araşdırmanın koronar arteriya xəstələrinə gülüş terapiyasını tətbiq edən və onun reabilitasiya təsirini qiymətləndirən ilk tədqiqat olduğunu bildiriblər.

Maksimum oksigen qəbuluna nail olunduğu üçün gülən insanların bədəndə toxuma funksiyalarında və iltihab əlamətlərində yaxşılaşma olduğu müşahidə edilmişdir.


Fidan Vəlisoy


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi