Nəyə görə çörək yeyəndən sonra yuxunuz gəlir?
Yuxu gətirən ərzaqlardan biri də çörəkdir.
Azia.az medicina.az-a istinadən bildirir ki, endokrinoloq Nataliya Tanakina çörəkdən sonra yuxunun səbəbini açıqlayıb.
"Yuxululuq effekti tərkibində sadə karbohidrat, triptofan və maqniy çox olan qidalardan sonra yaranır.
Çörək yedikdən sonra qanda şəkərin kəskin enişi-qalxması baş verir, bu da insana yuxululuq verir.
Həddən artıq çox karbohidrat yemək yuxuya səbəb olur, enerji vermir.
Çörəkdən başqa şirniyyat, makaron, kartof, ağ düyü də yuxu verir.
Maqniylə zəngin banan, çərəz, qoz, badamdan sonra da orqanizm rahatladığı üçün yuxululuq yaranır.
Əgər hər dəfə yeməkdən sonra yatırsızsa, həkimə müraciət edin. Bu insulin dirənci və preddiabet ola bilər".