azia.az
azia.az

Şəhid ailə üzvləri MEK-də olub

19-09-2023, 18:33


Azia.az media-II Qarabağ müharibəsi zamanı Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Səyavuş Kəlbalıyevinailə üzvləri AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar.

Fondla tanışlıq zamanıqonaqlaraburada mühafizə edilən sənədlər,qəhrəman şəhidlərimiz haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar, fotoşəkillər, eləcə də hər bir guşə haqqında ayrıca məlumat verilib.MEK adından şəhidin övladına dəyərli kitab təqdim edilib.

Onu da xatırladaq ki, fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri qəhrəmanlarının ailələri ilə mütəmadi əlaqə yaradılır, görüşlər təşkil edilir, onlar haqqında yazılmış kitablar, məlumatlar, video materiallar, fotoşəkillər sistemli şəkildə toplanılır.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi