azia.az
azia.az

MEK əməkdaşı beynəlxalq layihədə uğurla iştirak edib

7-09-2023, 18:45


AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Xədicə Ağayeva “Yeni Nəsil” proqramı çərçivəsində Rusiya Dövlət Kitabxanasının təşkil etdiyi “Birlik Kitabxanalarının Təhsil Əməkdaşlığı” beynəlxalq layihəsində uğurla iştirak edib.

Təlimlərdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistanın milli, rayon, şəhər, kənd, məktəb və universitet kitabxanalarından 53 gənc mütəxəssis 14 gün müddətində distant təhsilə cəlb olunublar.

Rəqəmsal texnologiyalar, elektron resurslar, müasir avtomatlaşdırılmış kitabxana informasiya sistemləri kimi mövzuları əhatə edən “Kitabxanaların rəqəmsal transformasiyası” təkmilləşdirmə proqramında yüksək göstəricilər nümayiş etdirən  MEK əməkdaşı sonda beynəlxalq sertifikata layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi