azia.az
azia.az

İranda dinc aksiyalar keçiriləcək

29-01-2023, 10:10

Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı ilə bağlı İranda dinc aksiyalar keçiriləcək. 

Yenilik.az-ın məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı xəbər verir.

Bildirilir ki, terror hadisəsi zamanı şəhidlik zirvəsinə ucalan Orxan Əsgərovun ailəsinə başsağlığı vermək üçün insanlar yanvarın 29-da Azərbaycanın Tehrandakı səfirliyi, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu və Güney Azərbaycanın digər şəhərlərində yerləşən nümayəndəliklərin qarşısında yerli vaxtla saat 17:00-da toplaşmağa çağırılırlar.

Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə şam yandırılaraq şəhidin xatirəsi ehtiramla yad ediləcək və terror hadisəsi qətiyyətlə pislənəcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi