azia.az
azia.az

"Gənc özünü krandan atarkən onu tutmağa çalışan xilasedicini bıçaqladı" - FHN

21-09-2022, 13:22

Xəbər verdiyimiz kimi, 23 yaşlı Goranboy sakini sevdiyi xanıma görə özünü  Abşeron rayonu, Masazır qəsəbəsindəki hündür krandan ataraq intihar edib. Həmin gənc özünü krandan atmazdan əvvəl 7 saat gözləyib. 

Maraqlıdır, 7 saat ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nə üçün təhlükəsizlik tədbirləri görülməyib?

Sualımıza cavab tapmaq üçün qurumun mətbuat xidmətinin əməkdaşı Pərviz Aslanovla əlaqə saxladıq. Nazirliyin sözçüsü Redaktor.az-a bildirdi ki, bir sıra təhlükəsizlik tədbirlərinin həyata keçirilməməsi texniki problemdir.

“Hava yastığı açmaq mümkün olmadı. Ona görə ki, kranın yerləşdiyi ərazidə belə bir şərait yox idi. Beton bloklar və armaturlar mövcud idi. Hava yastığı da deşilən bir vasitədir, onun açılması üçün rahat, hamar yer olmalıdır”.

Qurum rəsmisi onu da əlavə etdi ki,  gənc özünü krandan atarkən onu tutmağa çalışan xilasediciyə də bıçaqla xəsarətlər yetirib:

“ 7 saata yaxın xilasedicilər onun yanında profilaktik söhbətlər aparıb fikrindən daşındırmağa çalışıblar. Təəssüf ki, bunun heç bir nəticəsi olmayıb. Hətta, son məqamda gənc özünü atanda onu tutmaq istəyən xilasedicinin qolunu bıçaqlayıb. Sadəcə, tikintilərdə mühafizə işi daha da ciddi qurulmalıdır ki, ürəyi istəyən kranın başına çıxıb özünü atmasın.”

Nərmin VÜQARQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi