azia.az
azia.az

Razi Nurullayevdən Əli Kərimli və Arif Hacılıya etiraz:"Bağışlanmazdır"

14-09-2022, 10:09

Razi Nurullayevdən Əli Kərimli və Arif Hacılıya etiraz:"Bağışlanmazdır"
"İlahi, bəlkə içimizdəki vəzifə hərislərinə, kreslo sevdalılarına və şəxsi zəmində öz xalqından qisas almaq eşqi ilə yananlara görə bizi cəzalandırırsan? Vətən 50 nəfər şəhid verib, xeyli adını siyasətçi qoyan və onlara züy tutan tərəfdarları bu faciə üzərində siyasi xal toplamaq üçün səy göstərir. Bir özünüz də düşünün ki, sizlər Qarabağ üçün nə etmisiniz?"

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bəziləri adını müxalifət qoyub ağIina gələni danışırlar:

"Bunlar arzu edərdi ki, daha çox şəhid olsun və hakimiyyəti, birbaşa Prezident İlham Əliyevi hədəfə alsınlar. Heç indi müxalifətçiliyin yeridir?

Hələ ki, Müsavat başqanı Arif Hacılının və AXCP sədri Əli Kərimlinin yazdıqlarını gördüm. Biabırçılıq. Vallah, gedin siyasətdən. Xalq nə dərddə, sizlər isə kreslo davasında. Lağlağı, istehza dolu yazılar. Hələ onların postlarının altında şərh yazanlar. Hamısı gərək bir-bir müəyyən edilib ən sərt cəzalarını alsın. Allah eləməsin, birdən İlham Əliyevin yerində siz olsaydınız, vallah, indi nə Qarabağ vardı, nə cənubu, nə də şimalı.

İndi hesab sormaq, məntiqsiz suallar vermək, az qala Ermənistana qahmar çıxmaq vaxtı deyil, dəstək olmaq zamandır. Ola bilmirsiniz, heç olmasa susun!

Bu hərəkətiniz bağışlanılmazdır!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi