Qazlı suların zərərləri: Hansı xəstəlikərə səbəb olur?
Braziliyalı elm adamları iki ay siçovullara qazlı su verərək müəyyən ediblər ki, içkinin müntəzəm istehlakı beyin sağlamlığı və davranış problemləri ilə birbaşa əlaqəli ola bilər.
Təcrübə üçün alimlər siçovulları üç yaş qrupuna, hər birini isə iki komandaya ayırıblar. Birində gəmiricilər gündəlik olaraq adi, ikincisində isə qazlı su içiblər.
57 gündən sonra alimlər heyvanları labirintə yerləşdiriblər. 1 nömrəli komandaların siçovulları heç bir problem olmadan oradan çıxıb. 2-ci komanda çətinliklərlə üzləşib. Gəmiricilər işin öhdəsindən gələ bilməyiblər, çünki onların yaddaşı zəifləyib.
Bundan sonra heyvanlar evtanizasiya edilərək yarılıb. Qazlı su içən siçovulların əksəriyyətində, xüsusən də gənc heyvanlarda müxtəlif dərəcədə beyin zədələri aşkar olunub.
Maraqlıdır, qazlı suların insan orqanizminə hansı mənfi təsirləri var?
Cebhe.info-ya açıqlmasında tibb sahəsi üsrə ekspert Rasif Bağırov deyib ki, qazlı sular mədənin düşmənidir:
"Qazlı suların adətən tərkibinə hidrokarbonat qatırlar. Bunun da orqanizmə mənfi təsirləri olur. Xüsusilə, mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir göstərir. Çünki hidrokarbonat gedib mədəyə çatanda orada hidrogenə, karbon qazına parçalanır. Hidrogen mədənin turşuluğunu, karbon da ağızdan xaric olur. Bu da mədənin divarını o qədər qıcıqlandırır ki, mədə turşuluğu artır. Mədə turşuluğu artanda mədə xəstəlikləri üzə çıxır. Buna görə də biz mədə xəstəliyi olan insanlara qazlı suları içməməyi tövsiyə edirik. Turşuluq artmayanda həzm sistemi normal fəaliyyət göstərir. Turşu mədədən digər orqanlara keçəndə isə digər problemlər də ortaya çıxır".