azia.az
azia.az

PUA uçurdan ermənilərin özlərini UÇURTMAQ LAZIMDIR... - GƏLİŞMƏ

16-08-2022, 10:53

PUA uçurdan ermənilərin özlərini UÇURTMAQ LAZIMDIR... - GƏLİŞMƏ
Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Qeyd edək ki, bu, ilk belə fakt deyil. Bəs separatçıların əleyhimizə istifadə eləməyə çalışdıqları kvadrakopterlərin əsas təyinatı nədir və separatçılar bu yolla hansı bilgiləri əldə eləməyə çalışırlar? Olayda rus sülhməramlı kontingentinin səhlənkarlığı, yaxud marağı varmı? Belə aparatlara qarşı effektli kontur-vasitələrimiz necə, mövcuddurmu?

Belə görünür ki, separatçılar yenə dinc durmur. O zaman “Qisas əməliyyatı”nın davamı gələ bilərmi?

Olay həm də Laçın dəhlizinin boşaldılma ərəfəsinə təsadüf eləməsi ilə diqqət çəkir.

Əlavə edək ki, elə həmin gün müdafiə naziri Zakir Həsənov Laçın dəhlizi ilə bağlı ordumuza döyüş hazırlığı ilə bağlı xüsusi tapşırıq verib. Dia.az-ın məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, Şuşa üzərinə erməni silahlı dəstələrinə məxsus kvadrakopterin qaldırılması təxribatdır: “Erməni silahlılarının növbəti təxribatı kimi dəyərləndirilməli, kvadrakopterin qaldırıldığı ərazini müəyyən edərək oranı tamamilə darmadağın, məhv etmək lazımdır”.

Hərbi ekspert deyir ki, belə kvadrakopterlər kəşfiyyat məqsədilə istifadə olunur: “Şuşada endirilən kvadrakopter çox ciddi xüsusiyyətlərə malik olmasa da, istənilən halda bir kəşfiyyat vasitəsidir. Azərbaycan Ordusunun yerləşmə nöqtələrinin müəyyən edilməsi məqsədilə həmin kvadrakopter Şuşa üzərinə qaldırılıb. Belə halların təkrar edilməməsi üçün həmin kvadrakopterin qaldırıldığı məkan, onu qaldıranlar məhv edilməlidirlər”.

Hərbi ekspert deyib ki, Azərbaycan öz torpaqlarında istənilən qanunsuz hərbi birləşməni məhv etmək hüququna malikdir: “Yəni Qarabağda erməni qanunsuz silahlı dəstələrinin nazı ilə kiminsə oynamaq fikri yoxdur. Belə olmasaydı, ordumuz Buzdağ yüksəkliyinə çıxa bilməzdi. Görünür, erməni silahlı dəstələri içində elələri var ki, onlayn şəkildə satılan kvadrakopteri alıb Şuşa üzərində qaldırmaqla, hələ də özlərinin hansısa potensiala malik olduğunu nümayiş etdirmək istəyirlər. Belə düşünülməmiş addımlar adətən ermənilər üçün çox ağrılı sonluqla nəticələnir. Bu dəfə də cavablarını alacaqlar. Mütləq şəkildə kvadrakopter uçurmağın acısını öz cəmdəklərində hiss edəcəklər”.

Hərbi ekspert deyib ki, “Qisas” əməliyyatı davam edir: “Azərbaycan ”Qisas" əməliyyatının başlanmasını elan edib. Kimsə bu əməliyyatın sona çatmasını demir. Yəni “Qisas” əməliyyatının bir mərhələsi bitib. “Qisas” əməliyyatının 2-ci, 3-cü mərhələlərinin də olacağı istisna deyil. Ermənilər düşünülməmiş addımlar atmazdan əvvəl bu məsələləri diqqətə almalıdırlar. Əks təqdirdə, qanunsuz hərəkətlərinə görə bütün məsuliyyət onların üzərindədir. Ümumiyyətlə, Qarabağ ərazisində olan və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilər, hansılar ki, əllərinə silah alıblar, tezliklə ərazini tərk etməlidirlər. Getməyəcəklər, Azərbaycan əsgərini başlarının üstündə görəcəklər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi