azia.az
azia.az

Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı BƏYANAT – Növbəti dəfə…

11-08-2022, 21:38


Son zamanlar Laçın dəhlizi ətrafında bir sıra hadisələr baş verir. Qarabağda keçirdiyimiz qisas əməliyyatı ilə bir sıra yüksəkliklərə nəzarəti bərpa elədik, Laçında yaşayan ermənilərə evlərini tərk etmək tapşırığı verildi. Amma bir sıra suallar var hazırda? Bu məsələlər həllini necə tapacaq?
Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı BƏYANAT – Növbəti dəfə…


Bu gün Rəsmi Moskvadan da açıqlamalar gəldi. Rusiya da proseslərin Azərbaycanın xeyrinə sürətləndirilməsində maraqlıdır. Burada açar üçtərəfli bəyanatdır.



Rəsmi Moskva Azərbaycan-Ermənistan normallaşmasının fərqli sahələri üzrə avqusutun sonuna qədər yüksək səviyyədə üçtərəfli təmasların təşkil edilməsini planlaşdırır.



Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib. O, planlaşdırılan görüşlə bağlı daha ətraflı məlumatın sonra veriləcəyini əlavə edib. İvan Neçayev habelə bildirib ki, Laçın dəhlizi ətrafında məsələ 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır. Bu isə o deməkdir ki, Rusiya üçtərəfli bayanatın müddəalarının Ermənistan tərəfindən hər gün bir cür şərh edildiyi kimi yox, yazıldığı kimi icrasında Azərbaycanın mövqeyini dəstəkləyir. Rusiyalı diplomatın açıqlamasına münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev qeyd edir ki, Rusiyanın Azərbaycanla eyni mövqedən çıxış etməsinin bir sıra səbəbləri var. Onun sözlərinə görə ilk növbədə Rusiya Azərbaycanın mövqelərinin getdikcə gücləndiyinin fərqindədir.



Rusiyanın Xarici İşlər Nazirliyi nümayəndəsinin diqqət çəkdiyi daha bir məqam isə Laçın dəhlizi ilə bağlıdır. "üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub" - deyə o bildirib.



Onu da demək lazımdır ki, erməni mediasının yaydığı məlumatlara görə avqustun sonuna qədər Laçın dəhlizi və yol üzərindəki Laçın kəndlərinin hamısı Azərbaycana təhvil verilməlidir. Artıq ərazidən ermənilərin köçü başlayıb və proses Rusiya sülhməramlılarının nəzarəti altında davam etməkdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi