azia.az
azia.az

Goranboy icra hakimiyyətində dərə xəlvət: Şöbə müdiri qız qaçırır, rəhbəri isə ayaqyolunda…

10-08-2022, 09:37

Goranboy icra hakimiyyətində dərə xəlvət: Şöbə müdiri qız qaçırır, rəhbəri isə ayaqyolunda…
Bu günlərdə Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə sosial şəbəkələrdə məlumat yayıldı. Məlumata görə, onun ailəli bir qadını qaçırması iddia edilib. Deyilənə görə, həmin qadın əri tərəfindən döyüldüyü tez-tez döyüldüyü üçün boşanmaq üçün məhkəməyə müraciət edib. .
Bu məlumatlar yayıldıqdan sonra Ş.Qəmbərli barəsindəki iddiaların həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib: “Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Haqqında danışılan qadın – Ülviyyə Rüstəmova da açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir: “Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam”. Bunun ardınca Ü.Rüstəmovanın həyat yoldaşı Anar Abbasovun açıqlaması yayıldı: “Şaiq Qəmbərli və yoldaşım yalan məlumatlar yayaraq hər kəsi inandırmağa çalışırlar ki, guya mən narkotik aludəçisiyəm, guya hər gün yoldaşımı döyürəm. Lakin yoldaşımla aramızda olan yazışmalarla da sübut edə bilərəm ki, bizim münasibətimiz pis olmayıb ki, mən onu hər gün döyüm. Mən telefonda bunların mesajlaşmasını tutduqdan sonra yoldaşım özü mənə etiraf etdi ki, Şaiq Qəmbərli ona Gəncə şəhərindən kirayə ev tutub, hərçənd ki, indi bunu təkzib edir. Baxmayaraq ki, biz yoldaşımla iyunun 17-nə kimi birgə yaşamışıq, yoldaşım Şaiq Qəmbərlinin köməyi ilə hələ may ayından gizlin şəkildə vəkil də tutubmuş”.
Onu da bildirək ki, olayda adı çəkilən Şaiq Qəmbəri ilə bağlı bu ilk qalmaqal deyil. Ölkə mediasında yer alan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilib. Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin edib. icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.
Maraqlıdır ki bütün bu iddialarla bağlı Goranboy rayon icra hakimiyyəti tərəfindən heç bir açıqlama verilmir. Ümumiyyətlə, Goranboy rayonuna rəhbərlik edən Məhərrəm Quliyevin adı ətrafında çox söz-söhbətlər dolaşmaqdadır. Bu istiqamətdə cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı belə bir məlumatla rastlaşdıq ki, bəzi icra başçılarının həbsi həyata keçirildiyindən, Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur. Yəni, o, kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-ə məxsus ayaqyolunda görüşür. Çünki, bu şəxs dərk edir ki, hazırda rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir. Digər tərəfdən, bu şəxsin adı 1988-1993-cü illərdəki proseslərdə Əlikram Hümbətovla bağlı məsələlərdə, yəni qondarma “Talış — Muğan Respublikası”nın təbliğatçılarından biri olmaqda da hallandı. Bu iddialar isə növbəti yazımızın mövzusudur…

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi