azia.az
azia.az

ÜST koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib

21-07-2022, 08:27


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.
ÜST koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. "COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir", - o deyib.

Qebreyesus bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarının artımında COVID-19-un hansı ştamının təsirli olduğunun bilinmir. "Bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər", - o əlavə edib.

COVID-19-un yeni ştamının əvvəlkilərdən daha təsirli olacağını vurğulayan Qebreyesus bildirib ki, bütün ölkələr buna hazır olmalıdır. “Epidemiya ilə mübarizə imkanlarını azaldan ölkələr böyük risklərlə üzləşirlər", - o, xəbərdarlıq edib.

"Xəstəxanalar hələ dolu olmasa da, indi bütün ölkələrin virusa nəzarət, immunitet, işçi qüvvəsi, təchizatdakı boşluqları doldurmasının vaxtıdır", - Qebreyesus vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi