azia.az
azia.az

25 ildən artıq deputatlar - SİYAHI + FOTOLAR

26-06-2022, 09:16

25 ildən artıq deputatlar - SİYAHI + FOTOLAR

1995-ci ildən müstəqil Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı olan Milli Məclis 125 deputatdan ibarətdir. Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Seçkilər isə 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Milli Məclisin bəzi deputatları artıq 6 dəfə bu posta seçiliblər. Yəni, nəticə etibarilə, sözügedən deputatlar 25 ildən artıqdır ki, bu vəzifədədirlər.

25 ildən artıq deputat olan şəxslərin siyahısını təqdim edilir:

Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistanın Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatıdır.

Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olub.

Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis Sədrinin birinci müavini vəzifələrində çalışıb. 76 saylı Lənkəran-Astara seçki dairəsinin deputatıdır.

Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub.

On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatıdır.

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub.

Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatıdır.

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatıdır.

Vasif Talıbov 1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı seçilib. 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır.

Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır.

Qeyd edək ki, Milli Məclisə ilk seçkilər 1995-ci ildə keçirilib və yuxarıda adı çəkilən şəxslər Milli Məclisdə təmsil olunan ilk deputatlardır./Yeniavaz.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi