Azərbaycanda istirahət neçəyə başa gəlir? - VİDEO
Havaların isti keçməsi bölgələrdə turizm obyektlərində xeyli canlanmaya səbəb olub. Lənkəranda yerləşən turizm obyektlərini və istirahət məkanlarını seçənlərin əksəriyyəti paytaxt Bakıdan gedənlərdir. İstirahət üçün ismayıllıya gedənlər də az deyil. Təlabatın artması isə qiymətlərin bahalaşması ilə nəticələnib.
Yay aylarında Lənkəran turistlərin ən çox üz tutduğu rayonlardandır. Turistləri cəlb edən vacib amillərdən biri buranın dəniz, dağ və meşə zolağı ilə əhatə olunmasıdır. İstirahət mərkəzlərinə gələn ziyarətçilər arasında yerli turistlər üstünlük təşkil edir.
İsti havalar başlayandan İsmayıllıyada üz tutanlar az deyil. Burada daha çox kotej tipli evlərə maraq çoxdur. bəs qiymətlər necədir?
Otellərdə dincəlmək qidalanma daxil 100-500 manat arasında dəyişir. Kənd evləri üçün isə bu rəqəm 50- 150 manat təşkil edir.