azia.az
azia.az

Kuryer şirkəti qiymətləri qaldırdı - İyunun 29-dan ...

18-06-2022, 07:32


Fərdi kuryer işi ilə məşğul olan “Volt Azərbaycan” MMC iyunun 29-da etibarən qiymətləri qaldıracaq.
Kuryer şirkəti qiymətləri qaldırdı - İyunun 29-dan ...
Xəbər verilir ki, bu barədə sözü gedən şirkətin müştərilərə göndərdiyi “sms”də qeyd olunub.
“Qayda və şərtlərimizə dəyişiklik əlavə etdik. Nəzərinizə çatdırmaq istərdik ki, 29.06.2022 tarixindən etibarən bütün çatdırılma sifarişlərinə xidmət haqqı əlavə olunacaq.
Xidmət haqqı tətbiqimizdə ödəniş bölməsində əks olunacaq. Bu dəyişiklik bizə çatdırılma və sifariş xidmətimizi inkişaf etdirməyə və sizə daha yaxşı xidmət göstərməyə kömək edəcək. Xidmət haqqı yalnız çatdırılma sifarişlərinə əlavə olunacaq. Kuryer və restoran qazancları, həmçinin teykevey sifarişləri təsirlənməyəcək. Xoş sifarişlər arzulayırıq”,- deyə ismarıcda bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi