“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir
Müğənni Fərid Məmmədov ABŞ-a köçüb. İki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb. O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.
Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub. Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.