azia.az
azia.az

İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəldi - VİDEO

22-05-2022, 07:03

İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəldi - VİDEO
“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana gəlib.
Xəbər verilir ki, festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.
Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi