"Akıncı"nın ardınca Ərdoğan da Bakıya gəlir - Bayraqdar
Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə Azərbaycana gələcəyik.![]()
Xəbər verilir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraqdar Tvitter hesabında yazıb.
“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.