azia.az
azia.az

Ramazanda toy mövzusu qalmaqal yaratdı

12-04-2022, 07:40


Xəbər verilir ki, bir neçə gün əvvəl lent.az-da dərc olunan "Ramazan ayında toy etmək olarmı?" başlıqlı yazı cəmiyyətdə birmənalı qarşılanmayıb.
Ramazanda toy mövzusu qalmaqal yaratdı
Həmin yazıda ilahiyyatçı Elşad Mirinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayevin və "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun mövzu ilə bağlı fikirləri yer almışdı.



Xəbərdə Elşad Miri və Qamət Süleymanov Ramazanda müəyyən qaydalara riayət etməklə toy etməyin mümkünlüyünü, Hacı Fuad Nurullayev isə Ramazanda toy etməyin cılızlıq olduğunu demişdi.

Elşad Miri Hacı Fuad Nurullayevin Lent.az-a dediklərini ictimai müzakirəyə çxarıb. O öz "YouTube" kanalında Hacı Fuad Nurullayevin verdiyi açıqlamasına cavab verib:



"Fuad Nurullayev əvvəllər Bakı İslam Universitetinin prorektoru olub. Görün bu adam öz düşüncə tərzi ilə neçə-neçə gənc yetişdirib. Həmin universitetinin başqa bir filialının rəhbəri isə bir çıxışında bəzən oruc tutmayanların öldürülə biləcəyi ilə bağlı fətvalar vermişdi. Düşünün, bu adamların yetişdirdiyi gənclər hansı təfəkkürə yiyələniblər? İslamı cılızlaşdıran elə Ramazanda toy etmək cılızlıqdıq deyən adamlardır. Belə insanlara beynimizi girov verməyək".

Elşad Mirinin iittihamlarına cavab almaq üçün Hacı Fuad Nurullayevlə yenidən əlaqə saxladıq. O isə bu haqda danışmaq istəmədiyini dedi:

"Mən İslam Universitetində heç vaxt prorektor olmamışam. Mübarək aydı və istəmirəm başqa şeylər danışım. Özümə bunları qəbahət bilirəm. Açıqlamamda hər şey aydındı və qeyri-adi heç nə yoxdur. Evlənmək və toy etmək bir-birindən fərqlidir. Hərə bir cür yanaşır məsələyə".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi