azia.az
azia.az

"Baş nazirin Qubada villası var, amma..." - Vahid Əhmədovdan MM-da ŞOK AÇIQLAMA

5-04-2022, 12:49

"Baş nazirin Qubada villası var, amma..." - Vahid Əhmədovdan MM-da ŞOK AÇIQLAMA
"Bakı-Quba yolunun yenidənqurulması ilə bağlı Baş nazirin müavini ilə görüşdüm. Yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş etdim. Bu yolla getmək ümumiyyətlə mümkün deyil. İnsanlar bu yoldan istifadə etmək istəmirlər".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ona deyirlər alternativ, pullu yol çəkilir.

"Bu, əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavini, istər nazirlərin hamsının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir dəfə, iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər? Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin Baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin".

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi