azia.az
azia.az

ABŞ kəşfiyyatı: "Rusiya qələbəyə ən çox Ukraynanın bu ərazisində yaxındır" - ŞOK DETALLAR

5-04-2022, 07:22


“Rusiya Ukraynadakı müharibə strategiyasını dəyişərək, mayın 9-na fokuslanıb”.
ABŞ kəşfiyyatı: "Rusiya qələbəyə ən çox Ukraynanın bu ərazisində yaxındır" - ŞOK DETALLAR
Xəbər verilir ki, bunu kəşfiyyatın son əldə etdiyi məlumatlara əsasən ABŞ rəsmiləri bildirib.

Rəsmilərin yaydığı məlumata görə, Rusiya mayın əvvəlinə qədər Ukraynanın şərqindəki Donbas və digər bölgələri ələ keçirmək məqsədi ilə strategiyasını dəyişib. Rusiya prezidenti Vladimir Putin bununla 9 May “Qələbə Günü”ndə uğur qazandığını göstərmək istəyir.

Onlar qeyd edib ki, Rusiya Quru Qoşunları işğal edikləri əraziləri əllərində saxlamaqda çətinlik çəkirlər. Buna baxmayaraq, Putinin qələbəyə nail olmaq ehtimalının ən çox olduğu yer Şərqi Ukraynadır.

Putinin böyük təzyiq altında olduğunu bildirən ABŞ rəsmiləri qarşıdakı proseslərin çox gərgin və ağır keçəcəyini, 9 Mayda uğur olsa belə, Rusiya üçün həqiqi qələbənin çox uzaqda olduğunu qeyd ediblər.

Avropalı bir diplomat isə bildirib ki, Putin Çeçenistandakı kimi uzunmüddətli bir müharibəyə hazırlaşır. Çünki onun bu məsələ ilə bağlı artıq başqa bir yolu yoxdur.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 41-ci günüdür.



Vəsilə İbrahim,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi