azia.az
azia.az

MEK əməkdaşları Türkiyədə səfərdə olublar

26-03-2022, 19:55



MEK əməkdaşları Türkiyədə səfərdə olublar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Züriyə Qarayeva, Cəmilə Axundzadə və Əsmər Salalı 5-ci Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransında iştirak etmək üçün Türkiyədə səfərdə olublar.
Antalya şəhərində baş tutan konfrans AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Folklor İnstitutu, həmçinin Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, İran və digər ölkələrdən elm adamları, ziyalılar qatılıblar.
Konfrans müddəti iştirakçıların dünyada texnoloji innovasiyalar və onların təhsildə yansımalarına dair çıxışları dinlənilib, həmçinin baharı müjdələyən Novruz bayramının tarixi və mifoloji köklərindən, bir mədəni hadisə kimi ümumbəşəri mahiyyətindən bəhs edilib,Türk xalqlarının birlik bayramı olduğu vurğulanıb.
Konfransda iştirak edən MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Züriyə Qarayeva “Türkiyədə hökumət sistemi dəyişikliyi kontekstində Türk diplomatiyasının uğurları” adlı məruzəsində Türkiyə və Azərbaycanın regionda uğurlu geostrateji addımları, iki ölkənin qardaşlıq əlaqələrinin bölgədəki proseslərə təsir imkanlarından danışıb.
Şöbənin digər əməkdaşı Cəmilə Axundzadə “Şuşa Bəyannaməsinin gələcək perspektivləri” adlı təqdimatında Şuşada Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan mötəbər hadisənin gələcəkdə bütün türk dövlətlərinin siyasi, iqtisadi, hərbi əməkdaşlığında etalon olacağını bildirib.
MEK-in baş mütəxəssisi Əsmər Salalı xalqın yaratdığı intellektual milli sərvəti toplamaq, qorumaq və gələcək nəsillərə ötürmək missiyasını daşıyan AMEA Mərkəzi Elmi Kitabxanasının da informasiya müharibəsinin fəal iştirakçısı olduğunu vurğulayaraq "44 günün salnaməsi: Vətən müharibəsi" adlı kitabın təqdimatını edib. Kitab konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Sonda əməkdaşlar MEK fondlarından, həmçinin kitabxana tərəfindən nəşr olunmuş kitabları və digər simvolik hədiyyələri qonaqlara təqdim ediblər.
Sözügedən konfransa onlayn qoşulan MEK-in Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova "Akademik kitabxanalarda informasiya texnologiyalarının tətbiqi" mövzusu ilə çıxış edərək informasiya texnologiyalarının kitabxana fəaliyyətinin təkmilləşdirilməsinə təsiri haqqında danışıb.
Qeyd edək ki, konfransın sonunda İKSAD tərəfindən bütün qonaqlara sertifikatlar və hədiyyələr təqdim edilib.


AMEA Mərkəzi Elmi Kitabxanası
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

MEK əməkdaşları Türkiyədə səfərdə olublar
MEK əməkdaşları Türkiyədə səfərdə olublar
MEK əməkdaşları Türkiyədə səfərdə olublar
MEK əməkdaşları Türkiyədə səfərdə olublar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi