azia.az
azia.az

Şəhid ailəsinin maaşı NƏDƏN TAM ÖDƏNİLMİR? - TN-də ötür-ötür oyunu...

2-03-2022, 11:53

Şəhid ailəsinin maaşı NƏDƏN TAM ÖDƏNİLMİR? - TN-də ötür-ötür oyunu...
“Gözətçi”yə müraciət edən Ucarda məskunlaşan Ağdam sakini Amil Mirzəyev “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə” əmək haqqının ödənilmədiyini bildirib.
Şəhid ailəsinin maaşı NƏDƏN TAM ÖDƏNİLMİR? - TN-də ötür-ötür oyunu...
“İyirmi ildən artıq Göyçay şəhərində 7 saylı orta məktəbdə gecə növbəsində gözətçi işləmişəm. Şəhid ailəsi olduğum üçün Ucarda bizə ev veriildi. Ucar rayonunua köçdükdən sonra öz istəyimlə iş yerimi buradakı 27 saylı orta məktəbə dəyişdim. 2021-ci ilin sentyabr ayından 27 saylı orta məktəbdə gecə növbəsində gözətçi işləyirəm. İş rejimi 8 saatdır, növbəli işləyirik. 2021- ci ilin oktyabr ayından gecə növbəsində olan işçilərin əmək haqqına el arasında “yuxu pulu” deyilən pulun əlavə olunması nəzərdə tutulub. Göyçayda, digər rayon məktəblərində əlavə ödəniş edildiyi halda, mənim işlədiyim 27 saylı orta məktəbdə bizə həmin ödəniş verilmir. Mən bunun səbəbini Ağdam Təhsil şöbəsinin mühasibatçılığından soruşduqda, bildirdilər ki, bizdə belə bir məlumat yoxdur”.

Şikayətçinin sözlərinə görə, o, daha sonra məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

“Təhsil Nazirliyindən cavab gəldi ki, məsələni Tərtər Regional Təhsil İdarəsinə yönləndirmişik. Ancaq bir aydan çox vaxt keçib, hələ də nəticə yoxdur”.

“Gözətçi” olaraq, Tərtər rayon Təhsil şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, məsələyə Ağdam Təhsil şöbəsi baxır.

Şikayətlə bağlı dəfələrlə Ağdam Təhsil Şöbəsinə zəng etsək də, telefona cavab verən olmadı.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi