azia.az
azia.az

"Mütləq hökumət üzünü istehlkaçılara doğru çevirməlidir" - ÇAĞIRIŞ

27-02-2022, 12:03

"Mütləq hökumət üzünü istehlkaçılara doğru çevirməlidir" - ÇAĞIRIŞ
“İldən-ilə ölkədə istehlakçı hüquqlarının qorunması məsələsi zəifləyir. Vaxtilə Azad İstehlakçılar Birliyi şəhərin ən mərkəzi küçəsiylə 15 martda İstehlakçılar günü münasibətilə küçə nümayişləri keçirirdi. 2009-cu ildə istehlakçı hüquqlarını qoruyan dövlət orqanı yarananda biz özümüzü çox xoşbəxt hiss etdik və düşündük ki, nəhayət bizim dövlət partnyorumuz əmələ gəldi. Lakin o qurum da ildən-ilə zəiflədi və nəhayət 2018-ci ildə istehlakçı hüquqları onun adından çıxarıldı və indi Bazara Nəzarət Dövlət Xidməti adlanır”.Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum sədri bəzi dövlət qurumlarıyla bağlı öz gileyini dilə gətirib:

“Öncəki illərdə istehlakçı hərakatını kütləvi informasiya vasitələriylə bir yerdə başlayan Azad İstehlakçılar Birliyinin sədri keçmiş nazirlər Fərhad Əliyevlə, Heydər Babayevlə görüşüb. Antiinhisarın rəisi çox işıqlı bir insan idi, Allah onu rəhmət eləsin, Rəhim Hüseynov iki dəfə özü istehsalçı təşkilatın ofisinə gəlib. Lakin iyirmi gündən çoxdur ki, mən Azad İstehlkaçılar Birliyinin sədri olaraq 15 mart ərəfəsində Məmməd Abasbəyli ilə görüşmək üçün katibəsinə zəng vurmuşam və hələ də cavab gözləyirəm. Məlum olur ki, artıq istehsalçı təşkilatı qəbul etməkdən belə çəkinirlər. Hansı ki, Azad İstehlakçılar Birliyindən heç də güclü olmayan Rusiyanın uyğun təşkilatının sədri Dmitri Yanini Rusiya Prezidenti Vladimir Putin iki dəfə təkbətək qəbul edib və istehlakçı hüquqları barədə söhbət ediblər. Amma çox təəsüf ki, Azərbaycanda bu məsələ getdikcə, tənəzzül edir. Hökumətin yalnız biznesi gücləndirən siyasəti fonundu istehlakçı hüquqları arxa fonda qalır və təsadüfi deyil ki, hər gün təşkilatımıza istehlakçı zəngləri gəlir. Bu yazılı şikayətlərin bir hissəsi antiinhisar quruma göndərilir, antiinhisar qurumu isə əksər hallarda istehlakçıları məhkəmələrə göndərir.

Azad İstehlakçılar Birliyi hökumətin bu siyasətiylə razı deyil. Mütləq hökumət üzünü istehlkaçılara doğru çevirməlidir. Çünki hökuməti də, dövləti də, ordunu da, məmuru da, biznesi də saxlayan biz istehlakçılarıq. Bu gün ölkədə kifayət qədər istehlakçı problemləri var və bunların hamısı həll olunmalıdır. İstehlakçıların hüquqları haqqında qanun hansısa bir şəkildə hazırlanıb Milli Məclisə təqdim edilib və necə deyərlər yorğanın altında dünya ölkələrinin xatirinə yeni bir qanun qəbul etmək istəyirlər ki, guya bizdə də istehlakçı hüquqları var. Bəzən təəssüflənirəm və bəzən də fəxr edirəm ki, iyirmi dörd il ərzində mən beynəlxalq istehlakçı təşkilatına onun üzvü olaraq Azərbaycan haqqında bir dəfə də olsun mənfi bir hesabat verməmişəm, ölkəmi dünya ölkələri arasında öndə görmək istəmişəm. Amma görünür bundan sonra real hesabatlar verib, vəziyyətin necə olduğunu tanıtdırmaq lazım olacaq. Çox təəssüf ki, beynəlxalq təşkilatın üzvü olan bəzi adamlardan fərqli olaraq qrant xatirinə həqiqəti də ölkələrinə düzgün çatdırmamışam”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi