azia.az
azia.az

Yevlaxlı “terapevt” İlham Məmmədov necə deputat oldu ? - Deputatın biznes şəbəkəsi…

25-12-2021, 09:28

Yevlaxlı “terapevt” İlham Məmmədov necə deputat oldu ? - Deputatın biznes şəbəkəsi…
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Kazım oğlu Məmmədovla bağlı qısa informasiya toplamaq üçün axtarış verəndə Vikipediyada nə çıxdı..?
Şəxs haqqında olan məqalə qaralama halındadır.
Təsəvvür edirsiniz 10 ildir Milli Məclisin kreslosunu zəbt eləmiş adamın həyat yolu QARALAMA HALINDADIR…
Kimin şübhəsi varsa, buyurub baxa bilər…
Onu da qeyd edək ki, biz, ümumiyyətlə, bu adda-soyadda deputatın varlığından təzəcə xəbər tutmuşuq ki, belə bir deputatımz da var imiş…
Nə isə keçək əsas mətləbə.
Yevlaxda adi bir terapevt olan İlham Məmmədov necə deputat oldu ?
Məlumdur ki, deputat İlham Məmmədov Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin kadrı idi. Onun millət vəkili seçilməsində də sabiq icra başçısının böyük əməyi olub. Elmar Vəliyev istər Yevlaxın icra hakimiyətinin başçısı olanda, istərsə də Gəncəyə təyinat aldıqdan sonra da belə İlham Məmmədova dəstəyini əsirgəməyib, onun bir neçə dəfə deputat seçilməsinə dəstək verib.
Bəli, Elmar Vəliyev Yevlaxın icra başçısı olanda İlham Məmmədovu baş həkim təyin edib. Və beləcə terapevtin karyerası başlayıb.
Deputat İlham Məmmədovun “AS-İnşaat” MMC-nin keçmiş direktoru Nuşirəvan Quliyev ilə ortaq biznesi də heç kimə sirr deyil.
Bu şərikli biznesin nəticəsi olaraq Yasamaldakı “Yuvelir zavod”un ( Qızıl zavodu ) arxasındakı qara mərmərli bina da deputat İlham Məmmədovaməxsusdur.
İlham Məmmədovun biznes əlaqələri “daha yuxarılara” gedib çıxır.
Bəli, İlham Məmmədovun Prezident Administrasiyasının keçmiş əməkdaşı Hüseyn Mövsümovla ortaq biznesinin sorağı Serbiyadan, Çernoqoriyadan gəlir.
Deməli, arxasında dağ kimi Elmar Vəliyevi, sonra Hüseyn Mövsümovu itirən deputat İlham Məmmədov son vaxtlar “arxa-dayaq” axtarışına çıxıb.
Deputat maaşı ilə 1 milyonluq villanı İlham Məmmədov necə alıb ?
Yevlax və Gəncə şəhərlərindəki xeyli sayda obyekti cənab deputat hansı pul ilə alıb ?
İlham Məmmədovun oğlu Turalı Milli Məclisə kim işə düzəldib, görəsən bu korrupsiya halı deyilmi?
Bu barədə növbəti yazıda.
Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi