azia.az
azia.az

Əlilliklə bağlı narazılıq edən qazilər barədə AÇIQLAMA - FOTOLAR

21-12-2021, 14:13

Əlilliklə bağlı narazılıq edən qazilər barədə AÇIQLAMA - FOTOLAR
Dünən bir qrup Vətən Müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşaraq etiraz ediblər.

Azia.az xəbər verir ki, onlar müvafiq əlillik təyin edilmədiyini bildiriblər və rəhbərlik tərəfindən qəbul olunmaq istədiklərini deyiblər.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, həmin müharibə iştirakçıları – Ramil Kəbirov, Elnur Rüstəmov, Nizaməddin İbadov, Elvin Əliyev və İsmayıl Qardaşovun müraciətləri diqqətlə dinlənilib:

“Həmin şəxslər nazirliyin qəbul otağında onlara əlillik təyin edilmədiyini bildirərək səs-küy yaradıb, təhqiramiz ifadələrə yol veriblər. Halbuki onlardan birinə (Ramil Kəbirov) bu ilin iyun ayında əlillik təyin edilib. Digərlərinin əlilliyin qiymətləndirilməsi üçün aidiyyəti qurumlardan göndəriş və şəhadətnamə təqdim edilməyib. Yalnız bu sənədlər təqdim edildiyi halda onların əlilliyinin qiymətləndirilməsi aparıla bilər. R.Kəbirova üçüncü dərəcə əlillik, sosial ödənişlərlə yanaşı, birdəfəlik sığorta ödənişi edilib. Qardaşı Kamil Kəbirov özünüməşğulluq proqramına cəlb edilsə də, proqram üzrə təlimlərə qatılmaq istəməyib və proqramdan kənarlaşıb”.

T.Qurbanovun sözlərinə görə, E.Rüstəmov bu ilin fevral ayında özünüməşğulluq proqramı üçün təlimlərə cəlb edilib: “Lakin qiymətləndirmə zamanı onun özünüməşğulluğa hazır olmadığı müəyyən olunub. N.İbadovun məşğulluq üçün müraciəti qeydə alınsa da, sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb. Qardaşı ilə əlaqə saxlanılıb və o da Nizaməddinin özünün məşğulluq orqanına müraciət edəcəyini deyib, lakin ötən dövrdə müraciət edilməyib.

İşlə təmin edilməsi ilə əlaqədar müraciət edən E.Əliyev də aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün indiyədək məşğulluq orqanına müraciət etməyib”.

Nazirlik rəsmisi müharibə iştirakçılarının hamısına müvafiq izahatlar verildiyini bildirib.

Əlilliklə bağlı narazılıq edən qazilər barədə AÇIQLAMA - FOTOLAR
Əlilliklə bağlı narazılıq edən qazilər barədə AÇIQLAMA - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi