azia.az
azia.az

Rusiya nəşrindən XƏBƏRDARLIQ: “TB2”ləri məhv etmək üçün silahınız yoxdursa...

12-12-2021, 21:29


İnventarında “TB2” donanması olan Ukrayna ilə Rusiya arasındakı müharibənin gündəmdə olduğu bir vaxtda, Rusiyanın “TopWar” nəşrinin yayımladığı “Türkiyə TB2-ləri onları məhv edəcək silahı olmayan bütün ölkələri narahat etməlidir” ifadələrinin yer aldığı təhlil yazısı diqqət çəkib.
"Azia.az" publika.az-a istinadla xəbər verir ki, təhlillərində “Bayraktar-TB2”lərə daha çox yer verən şərqşünas Yuri Mavaşev müharibə strategiyası ilə bağlı bildirib ki, türklər hər hansı bir bölgəni ələ keçirmək istəsəydilər, onsuz da edərdilər:
Rusiya nəşrindən XƏBƏRDARLIQ: “TB2”ləri məhv etmək üçün silahınız yoxdursa...
“Amma onların belə bir məqsədi yoxdur. Onlar sadəcə indiki sərhədləri daxilində özlərini olduqca rahat hiss etmək istəyirlər. Bütün dünya nəfəsini tutub Rusiyanın Ukrayna ilə müharibəyə girməsini gözlədiyi bir vaxtda Türkiyə “Bayraktar”ları Ankara üçün çox həssas olan bir çox nöqtədə gözəçarpan şəkildə güclənib. Digər ölkələr isə bu hərəkata qarşı çox aydın addımlar ata bilmirlər. Mən Türkiyə hava qüvvələrinin səfərbər olmasını kiminsə torpağından “bir parça ələ keçirmək” planları ilə əlaqələndirmirəm. Amma məlumdur ki, Suriya uzun müddətdir Ankara üçün problemdir. Türklər Suriyada onsuz da nəzarət etdikləri torpaqlardan kifayət qədər razıdırlar. Digər hallarda, onlar insani əməkdaşlığı vurğulayan başqa yollarla işləyirlər.
Rusiya ilk növbədə özünün qondarma müttəfiqi Bəşər Əsəddən ehtiyatlı olmalıdır. Əsəd uzun müddətdir müttəfiq olmayan davranış sərgiləyərək İran təsirinə qapı açdı və Rusiyanın təsirini minimuma endirdi”.

Yuri Mavaşev qeyd edib ki, türklərin Qərblə geniş qarşılıqlı əlaqə təcrübəsi var və Qərbin mövqelərini itirməsindən, bölgədə yaranan siyasi boşluqdan istifadə edirlər. Bayraktar uçuşlarına gəlincə, Mavaşev bildirib ki, bu barədə spekulyasiyalar onları zərərsizləşdirmək üçün silahı olmayan hər bir ölkəni narahat etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi