azia.az
azia.az

Özünüzdə koronavirus əlamətləri hiss etdikdə, ilk olaraq nə etməli?

19-10-2021, 08:36


Özünüzdə koronavirus əlamətləri hiss etdikdə, ilk olaraq nə etməli? Hara və kimə xəbər etməlidirlər.
Özünüzdə koronavirus əlamətləri hiss etdikdə, ilk olaraq nə etməli?
Azia.az xəbər verir ki, özündə virus olduğundan şübhələnən insan dərhal işə və ya hər hansı yerə getməyi təxirə salaraq, test üçün 103 təcili yardım və yaşadığı ərazi üzrə poliklinikada ailə (sahə) həkiminə məlumat verməlidir.

Test götürülənə qədər evdədirsə, ayrıca otağa keçib, ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalıdır, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq, təcili yardımı gözləməlidir.

Test götülməzdən 2-3 saat əvvəldən burun və boğaz yuyulmamalı, çay, su içilməməlidir.

Test vermək üçün şəxsiyyət vəsiqəsini götürüb, poliklnikanın nəzdində olan test məntəqəsinə də yaxınlaşa bilər.

Test görürüldən sonra əlamətlərə uyğun ailə həkiminin tövsiyələrini, müalicələrini edir.
Evdə təcrid vəziyyətində olmalı, tez-tez boğazını, burnunu dezinfeksiyaedici məhlul, duzlu su, sodalı su, bitki çayları ilə qarqara etməlidir. Bu yuxarı tənəffüs yollarında olan virus yükünün azalmasına səbəb ola bilər.

Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa belə təcriddə 5 gün karantin müddətində qalmalısız. /medicina.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi