Bakı – Naxçıvan marşrutu üzrə keçən avtobuslar İrandan keçir
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobuslar keçid üçün İran ərazisindən istifadə etməyə davam edir. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, bu marşrut dəyişməz qalıb və orada hərəkət edən avtobuslar İran ərazisindən istifadə etməyə davam edir.
“Bu marşrutla hər gün Bakıdan Naxçıvana iki avtobus yola düşür. Biləsuvar gömrük keçid məntəqəsində sərnişinlər PCR testindən keçirlər. Azərbaycan vətəndaşları üçün test pulsuzdur ”, - Allahyarova vurğulayıb.