Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması üçün məcburi göstəriş verilib
![]()
“Zoobulvar” əyləncə mərkəzində alpakanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəsmisi Vaqif Cavadov Azia.az-a bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub:
“Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.
V.Cavadov məsələnin Nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.