azia.az
azia.az

Bakıda bu yol bağlanır

25-08-2021, 13:52

Bakıda bu yol bağlanır
Bu gün saat 21:00-dan avqustun 26-sı, saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirlir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi