ÖLKƏ ŞOKDA: Naziri və qızını güllələdilər - VİDEO
Afrika ölkəsi Uqandanın Əmək və Nəqliyyat naziri Katumba Vamalanın avtomobilinə silahlı hücum edilib.![]()
Metbuat.az xəbər verir ki, hücum zamanı nazir yaralanıb. Onun qızı və sürücüsü isə həlak olub. Şahidlərin sözlərinə görə, hadisə əraziyə motosikletlərlə gələn 4 silahlı tərəfindən təşkil edilib. Bölgəyə hərbçilər cəlb edilib. Dövlət işçilərinin təhlükəsizliyi gücləndirilib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.