"Proqress-2016" MTK dan narazı olan vətəndaşlar Emil Səməndərovdan Korrupsiya ilə mübarizə İdarəsinə müraciət etdilər
“Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyul ayında Binəqədi rayon məhkəməsinin (hakimi Vüqar Məmmədov) iş №1(001)-185/2018 saylı hökmü ilə Azərbaycan Respublikasınının Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı
Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.
[flash=https://www.youtube.com/watch?v=-zdN_GfUy4g&feature=emb_logo]https://www.youtube.com/watch?v=-zdN_GfUy4g&feature=emb_logo[/flash]
Bugün “Proqress-2016” MTK-da mənzil alıb, ancaq mənzillərinə köçə bilməyən və "Proqress-2016"MTK nın sahibi Emil Səməndərovdan pullarını ala bilməyən bir qrup vətəndaş Korrusiyaya qarşı Mübarizə idarəsinində şikayətkəri ilə bağlı qəbula gəliblər. Şikayətçi vətəndaşlar Korrupsiya ilə mübarizə idarəsində jurnalistlərə problemləri ilə bağlı açıqlama veriblər.
Qeyd edək ki, bir neçə gün öncə MillətinSəsi.info saytında yayılan məlumatlarda bildirmişdik ki, "Proqress-2016" MTK-nın rəhbəri Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satmışdir. Aldadılmış sakinlərin öz halal pullarına aldıqları mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu gəlinməklə, şantaj edilməklə və müxtəlif yollarla susdurulmaları həmin məqalədə öz əksini tapmışdır.
Vətəndaşlar fikirlərin bildirdikdən sonra jurnalistlər "Proqress-2016" MTK nın rəhbəri Emil Səməndərovdan münasibət öyrənməyə çalışsalarda, jurnalistlərə hörmətsizlik edərək heç bir açıqlama verməyərək, bahalı Mersedes cipinə minərək vətəndaşların yığışdığı ərazidən uzaqlaşıb.