"Orduda yoluxma kütləvi deyil" - Hikmət Hacıyev
“Biz Vətən müharibəsində qalib olduq, koronavirusla mübarizədə də qalib olmalıyıq”.
Azia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, Silahlı Qüvvələrdə virusun yayılmasının qarşısı alınır: “Hərbi müalicə müəssislərində ciddi nəzarət var. Şəxsi heyətin tərkibində yoluxma fərdi hallar istisna olmaqla kütləvi deyil”.