Murad Dadaşov Əli Həsənovun oğlunun yerinə təyin edildi
Azərbaycanın xalq artisti, məşhur şoumen Murad Dadaşov Xəzər TV-yə rəhbər təyin edilib. Bu barədə virtualaz.org-a etibarlı mənbələrdən məlumat verilib.
Bundan əvvəl virtualaz.org xəbər vermişdi ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli telekanalın prezidenti vəzifəsindən kənarlaşdırılıb. Bu gün Şamxal Həsənli kanalın kollektivi ilə vidalaşıb.