azia.az
azia.az

Pozneri susduran Qarabağlı Arzu Məmmədova danışdı və Azərbaycandan dəstək istədi

1-11-2019, 01:51

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist Vladimir Pozneri susduran Azərbaycanlı gənc tələbə Arzu Məmmədova bu hadisə haqqında danışıb.
Pozneri susduran Qarabağlı Arzu Məmmədova danışdı və Azərbaycandan dəstək istədi
Musavat.com xəbər verir ki, o, özünün Facebook platformasındakı səhifəsində Azərbaycan xalqına xitabən 45 saniyəlik çıxış edib. Arzu öncə ona göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O deyib ki, Poznerin qarşısında çıxış edərkən, cəsarəti Azərbaycan xalqından alıb.

Arzu Məmmədova sonda qısa çıxışının məqsədini açıqlayıb: "Qonşularımız (ermənilər) oyanmağa başlayıblar. Ona görə də sizdən dəstək istəyirəm", deyə, Arzu bütün soydaşlarımıza müraciət edib.

Qeyd edək ki, Pozneri təftiş edən məlum çıxışında Arzu özünün də Dağlıq Qarabağdan olduğunu söyləyib. Bundan sonra onun qohumları sosial mediada yazıblar ki, A.Məmmədova kökəncə Ağdamlıdır, lakin Ağdam heç yaddaşında da qalmaylb, körpə ikən qaçqın düşüb. Lakin mümkün olan bütün platformalarda, o cümlədən də təhsili ilə bağlı yaşadığı Kaliforniyada hər fürsərdə Qarabağla bağlı həqiqətləri paylaşır. Poznerin auditoriyasında da bu fürsəti qaçırtmayıb. O, öz çıxışında deyib ki, Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər illərlə birgə yaşayıblar.

Arzu Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdıraraq Poznerə bu sualı ünvanlayıb: "Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".

Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir", replikasını verib. A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan Respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi