azia.az
azia.az

Qubada qarın hündürlüyü 3 metrə çatdı

14-04-2026, 09:11

Quba rayonunun dağlıq ərazilərinə qar yağıb.

Azia.az lent.az-a istinadən xəbər verir ki, Xınalıq kəndi ərazisində qarın hündürlüyü hazırda 10 santimetrə çatır.

Bildirilib ki, son günlər yağan qar Susay-Xınalıq avtomobil yolu boyunca maraqlı mənzərə yaradıb. Yolun Susay və Qalaxudat kəndləri istiqamətində bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə qədər yüksəlib.

Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, yol kənarlarında hündür “qar divarları” formalaşıb. Bu mənzərə bəzi ərazilərdə bir kilometrədək məsafədə müşahidə olunur.

Hazırda yolda nəqliyyatın hərəkəti təmin olunsa da, ərazidə hava şəraiti dəyişkən olaraq qalır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi