Xaçmaz səhiyyəsində analoqu olmayan iş rejimi
Redaksiyamıza yerli sakinlərin verdiyi məlumata görə, Yeni Həyat sahə tibb məntəqəsində gülünc bir iş vaxtı qeyd edilib.
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi o qədər başı qarışıqdır ki, tabeçiliyində olan məntəqələr nəzarətsiz qalıb. Xəstə gəlib qapıda qalır məcburiyyət qarşısında mərkəzə üz tutmalı olur. Qeyri adi iş vaxtının yalnız bu qəsəbədə qeydə alınmasına səbəb isə nədir? Standartlara uyğun olmayan iş vaxtının qoyulması əmrinin kim və hansı məqsədlə verdiyi naməlum olaraq qalmaqdadır. Yeni Həyat qəsəbə sahə tibb məntəqəsi iş vaxtını fotolardada gördüyünüz kimi 8:30-16:18 göstərilir. "Bu qeyri standart iş vaxtını hansı standartdan bixəbər yazıb görəsən". Bütün bundan Səhiyyə Nazirliyinin görəsən xəbəri varmı...? Nazir hər dəfə çıxışlarında səhiyyəmizin inkişafından xalqa edilən tibbi yardımdan söz açır amma Xaçmaz səhiyyəsi Nazirin əmr və çıxışlarına məhəl qoymaması iddiaları bu cür özünü əks etdirir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..