Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Apellyasiya Şurasına - ŞİKAYƏT
Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyin Apellyasiya Şurasına
Surəti: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikası Daxili İşlər Naziri
general-polkovnik cənab Ramil Usubova
Surəti: Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova
Surəti: Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili(OMBUDSMAN) xanım E.Suleymanovaya
1984-cü il təvəllüdlü, hazırda Beyləqan şəhəri, R.Axundov küçəsi, ev 72 ünvanında yaşayan vətəndaş Əliyev Tural Səfər oğlu tərəfindən
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad edərək
Ş İ K A Y Ə T
Yazıb Sizə bildirirəm ki, Beyləqan RPŞ-nin təhqiqatçısı polis kapitanı Həmid Həmidli mənimlə şəxsi ədavət aparır.
Həmid Həmidli məni müxtəlif vaxtlarda həbslə hədələyərək, narkotik vasitəni cibimə atıb və digər qanuna zidd üsulla şərləyəcəyini bildirir.
O, mənə qarşı qərəzli olduğundan hər çirkin üsullara əl atmaqdan belə çəkinməyərək, vəzifə səlahiyyətlərini aşmaqla polis əməkdaşına yaraşmayan hərəhətlərə yol vermişdir.
Vəziyyət o yerə çatıb ki, polis kapitanı Həmid Həmidli mənim ona təkinli və sakit qaydada yanaşmağımı görüb 16 dekabr 2016-cı il tarixdə, saat təxminən 10:00 radələrində məni Beyləqan RPŞ-nə dəvət edərək mən vətəndaşın nəslini, varını yoxunu və ailə üzvlərini nəlayiq söyüşlərlə təhqir edib alçaldıcı rəfdar etmişdir. O, məni provakasiyaya çəkməklə mənimlə mübahisə etməyə çalışmışdır.
Mən, onun ən azı polis geyiminə və bu geymin üzərində olan dövlətimizin rəmzlərinə və atributlarına hörmət əlaməti olaraq susaraq, söyüşlərdən böyük mənəvi əzab çəkdim və bu gündə əzab çəkərək canımdan bezərək özümü öldürmək arzusuna düşmüşəm.
Buna məni, Həmid Həmidli vadar edib.
Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli və vətəndaşların hüquqlarına hörmətlə yanaşmalı olduğu bir halda, eyni zamanda vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorumaq əvəzinə, polis kapitanı Həmid Həmidli bu tələbləri açıq-aşkar pozmaqla məni və əzizlərimi söyüş atəşinə tutmaqla alçatmaqdan çəkinməmişdir. Həmid Həmidli Beyləqan rayonunda vətəndaş polis arasında olan inam və etibarı demək olar məhv edir.
Polis əməkdaşı xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərəyolverməməlidir.
Yalnız yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik əməkdaşın insanlara və cəmiyyətə fayda verə biləcəyini nəzərə alaraq, peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində çalışmalı,
Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir.
Həmid Həmidli xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir.
DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmişdir Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksin Ümumi müddəalarının 22-ci maddəsinə əsas olaraq,- Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur.
Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Bu qanuna zidd hərəkətlərlə təhqiqatçı vəzifəsində xidmət edən polis kapitanı Həmid Həmidli, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilməli və onun xidmətdə qalıb-qalmaması məsələsi DİN-nin Apellyasiya Şurasının növbəti clasında müzakirəyə çıxarılmalıdır.
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun VIII fəsildə qeyd olunan daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsaslarını yaratmışdır.
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun135ci maddəsinin “Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər”adı altında olan tələblərinə əsas olaraq, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda və ya daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə həmin polis əməkdaşı xidmətdən xaric edilir.
Həmid Həmidli mənə qarşı öz qeyri insani davranışı ilə təqib edərək məni canımdan bezdirib və Ulu öndər mərhum Heydər Əliyevin əziyyətlə qurduğu dövlətdə sabit və təhlükəsiz yaşamaq hüququmdan məhrum edir.
Mən, 1984-cü il təvəllüdlü vətəndaş Əliyev Tural Səfər oğlu artıq polis kapitanı, təhqiqatçı vəzifəsində xidmət edən Həmid Həmidlinin qeydrinormal və qeyri insani,alçaldıcı hərəkətlərindən və söyüşlərindən ölüm həddinə çatmışam və artıq yaşamaq istəmirəm.
Qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm xidməti araşdırma aparılmasına və bununla bağlı qanunla müvafiq ona qarşı ölçülərin götürülməsi üçün Beyləqan Rayonuna müvafiq əməkdaşlarınızı ezam edilməsinə göstəriş verəsiniz.
Polis kapitanı Həmid Həmidlinin daxili işlər orqanlarında xidmətdə qalıb-qalmaması məsələsini DİN-nin Apellyasiya Şurasında şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə,
vətəndaş Əliyev Tural Səfər oğlu
(051)962-44-11
19 dekabr 2016-cı il
Qarşı tərəf olaraq, Beyləqan RPŞ-nin təhqiqatçısı polis kapitanı Həmid Həmidlinində məsələ ilə bağlı açıqlamasını dərc etməyə hazırıq...