azia.az
azia.az

Qaradağ Rayon Qeydiyyat Şöbəsi, yoxsa bazar...?

1-11-2016, 08:11

Qaradağ Rayon Qeydiyyat Şöbəsi, yoxsa bazar...? Burada nikah vəsiqəsi alanlara Tamilla xanım necə "toy" tutur.

Bakı şəhər, Qaradağ Rayon Qeydiyyat Şöbəsinin rəisi Tamilla Sultan qızı Babayeva özünü müdafiə üçün kimin adından istifadə edir və niyə?

Qeydiyyat Şöbəsinin rəisi Tamilla xanım ölkə qanunlarını, eləcə də Qaradağ RİH-in başçısı cənab Süleyman Mikayılovun göstəriş və tapşırıqlarına niyə məhəl qoymur? Eyni zamanda o, qanunsuz hərəkətləri ilə ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında aparılan hüquqi islahatlara kölgə salır.

Qaradağ rayonunda yüksək səviyyədə həyata keçirilən quruculuq və abadlıq işlərini də nüfuzdan salır. Həmçinin gənc nəsli, eləcə də onların valideynlərini və təzə evlənənləri, qeydiyyat sənədi alanları dövlətdən və onun rəhbərliyindən narazı salır. Elimizin toy kimi adətinə qazanc mənbəyi kimi baxır.

Saytımıza verilən məlumatda deyilir ki, bu qeydiyyat şöbəsində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir. Tamilla xanım isə ancaq vətəndaşlardan pul qopartmaq haqqında düşünür. Ölkədə gedən uğurlu hüquqi islahatlara, etik davranış qaydalarına, şəffaflığa, qanunların icrasına məhəl qoymayan Tamilla xanım sanki vətəndaşlara qənim kəsilib. Xüsusilə, yeni ailə quranlara divan tutur. Pulun oldu-olmadı ona yüksək məbləği ödəməlisən, Toyun hansı şadlıq evində olmasından, toya neçə gün qalmasından, şadlıq evinin yaxınlığından asılı olaraq elə qiymətlər qoyur ki... Başa düşmək olmur ki, bu rüşvəti o, nəyə görə alır. Toya 15 gün qalmış müraciət edənlərdən 170 manat, 20 gün qalmış müraciət edənlərdən isə 200 manat tələb edir. Kim onun istədiyi pulu verməsə, şadlıq evində nikah kəsdirməkdən imtina edir.

Görəsən hörmətli ədliyyə naziri Fikrət Məmmədovun Tamilla xanımın bu özbaşınalıqlarından xəbəri varmı? İnanmaq olmur. Çünki hamı bilir ki, Fikrət müəllim ədliyyə sistemində ciddi bir şəffaflıq, qanunlara hörmət, qanunların icrasına nəzarət sistemi yaradıb. Tamilla xanım isə görünür öz mənfəətini güdənlərdəndir, toya qazanc mənbəyi kimi baxır. Çox qəribədir ki, pul alandan sonra vətəndaşa nə qəbz verir, nə də başqa bir kağız.

Deyilənlərə aydınlıq gətirmək üçün Qeydiyyat Şöbəsində olsaq da, yazılanlarla Tamilla xanımı tanış edə bilmədik.
Təəssüf ki, alınan sənədlərlə bağlı dövlət riisumımu əks etdirən lövhənin olmaması da əhalini narazı salır. İşçilərdən birindən rüsum lövhəsinin harada olmasını soruşduq. Dedi ki, indi kimdi rusuma baxan, 5-10 manat artıq pul alırıq. O ki, qaldı şadlıq evlərində kəbin kəsməyə, bu iş vaxtından sonra olduğu üçün istədiyimiz qədər, yəni 170, 200 manat pul ala bilərik, deməklə işini bitmiş hesab etdi. (xeberman.com)

Tamilla xanım Babayevanm özbaşınalığı, qanunlara əməl etməməsi çoxmu davam edəcək?

O nə vaxta qədər xalqımızm toy kimi gözəl adət-ənənəsini qazanc mənbəyinə çevirəcək?

- Nə vaxta qədər Tamilla xanım əhalini dövlətdən və onun rəhbərliyindən narazı salacaq?

Tamilla xanımın yol verdiyi digər nöqsanlar, doğum haqqında şəhadətnamə, ölüm kağızına da pul istəməsi nə dərəcədə realdır?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi