azia.az
azia.az

Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələri təhvil verildi

3-09-2020, 17:25

Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələri təhvil verildi

Azia.Az xəbər verir ki, Qərb regionunda fəaliyyət göstərən, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafna Dəstək İctimai Birliyi Yaponiya Dövlətinin Azərbaycandakı Səfirliyinin maliyyə yardımı və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələrinin tikilməsi” layihəsini icra edib başa çatdırdı. Bildirmək istəyirik ki, Tibb Məntəqələrinə qaz və işıq xəttlərinin çəkilməsini və müasir standartlara cavab verən avadanlıqla təmin edilməsini Samux rayon Mərkəzi Xəstəxanası öz öhdəsinə götürmüşdür. Istifadəyə bu məntəqələr təxminən 9000 nəfər kənd sakininə tibbi xidmət göstərəcəkdir.
Bu layihə, Azərbaycan və Yaponiya Dövlətləri arasında mövcud olan dostluq və əməkdaşlığın daha da genişləndirilməsinə və inkişaf etməsinə xidmət edən layihələrdən biridir. Bu gün işlər yekunlaşaraq tibb məntəqələri Qərb Resurs Mərkəzi tərəfindən Samux rayon mərkəzi xəstəxanasına təhvil verildi. Qərb Resurs Mərkəzinə gördüyü bu xeyriyyə işlərində uğurlar arzu edirik və ümid edirik ki, bu istiqamətdə görülən işlər davamlı olacaq.

Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələri təhvil verildi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi