Respublika Psixiatriya Xəstəxanasında 75 min manatlıq "zibil atılıb"
"Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən müəssisənin çirkab sularının daşınması xidmətlərinin satın alınması məqsədilə elan edilmiş tender müsabiqəsi rəsmən dayandırılıb.
32gun.az xəbər verir ki, ehtimal olunan qiyməti 75.200,00 AZN təşkil edən bu layihə üçün keçirilən seçim prosesi uğursuzluqla nəticələnib.
Satınalmanın ləğv edilməsinə səbəb kimi dövlət satınalmaları haqqında qanunvericiliyin 36.1.1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsi göstərilib. Belə ki, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri, təklif təminatını və zəruri lisenziyaları təqdim edən təchizatçıların sayı qanunla müəyyən edilmiş minimum həddən — yəni üç iştirakçıdan az olub. Bu səbəbdən rəqabət mühiti formalaşmadığı üçün tenderin tamamlanması qeyri-mümkün hesab edilib və proses qüvvədən düşmüş sayılaraq ləğv mətni rəsmən dərc olunub.
Ayaz