azia.az
azia.az

"Veysəloğlu" şirkətinə yazılan protokol məhkəmədə araşdırılır

31-01-2024, 14:43

Nizami Rayon Məhkəməsində "Veysəloğlu" MMC barəsində tərtib edilmiş cərimə protokolu ilə bağlı məhkəmə başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

 

Qeyd: "Veysəloğlu" şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

Xatırlatma: "Veysəloğlu" MMC-yə tanınmış iş adamı Aydın Veysəloğlu Talıbov rəhbərlik edir. 

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi