azia.az
azia.az

Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... – SİYAHI

24-05-2022, 14:58

Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... – SİYAHI
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... – SİYAHI
Milli Məclisin biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlarının siyahısı yayılıb:
20 saylı Nərimanov ikinci seçki dairəsinin təmsilçisi, Milli Məclis sədrinin müavini Adil Əliyevin də daşınmaz əmlak, idman ləvazimatları dükanları, müxtəlif tikinti şirkətlərinə sahib olması ilə bağlı məlumatlar var. Bir müddət öncə şəhərin mərkəzində ona məxsus olduğu iddia edilən tikinti şirkəti ilə vətəndaşlar arasında insidenti yatırtmaq üçün də deputat Adil Əliyevin hadisə yerinə gəldiyi, gərginliyi azaltmağa çalışdığı iddia olunurdu.
65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əhliman Əmiraslanova məxsus klinikanın olduğu, həmçinin, dərman satışı, dərman depoları, tibbi ləvazimatların satışı mərkəzlərinə sahib olduğu iddia edilir.

45 saylı Abşeron seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Oqtay Əsədov isə su biznesi ilə tanınır. Onun balıq vətəgələri, restoran və dəmir-beton zavodları, xaricdə əyləncə mərkəzlərinə sahib olduğu bildirilir.

11 saylı Qaradağ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı seçilən Aydın Hüseynov əmlak alqı-satqısı, bağ evlərinin tikintisi və satışı, ofis ləvazimatlarının topdan satışı, çap mərkəzlərinin sahibi kimi tanınır.
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Naqif Həmzəyev təmsil etdiyi şəhərdə iş adamı kimi tanınır. Onun Gəncədə avtomobil təmiri məntəqələri, ticarət köşkləri və brend geyimlər mağazasına sahib olduğu deyilir.
67 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Malik Həsənov ölkədə ev və bina tikintisi, antik əşyaların satışı ilə ad qazanıb. Deputatın əmlak tikintisi və satışı, ofislərin icarəyə verilməsi, cənub bölgəsində bir neçə istirahət mərkəzi, Bakıda tikinti materiallarının satış mərkəzini idarə etdiyi söylənilir.

73 saylı Lənkəran şəhər seçki dairəsinin bitərəf deputatı Rüfət Quliyev isə Azərbaycanda və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə ad çıxarıb. Millət vəkilinin tütün məmulatlarının ölkəyə idxalı, siqaret biznesi, Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı işində də mahir olduğu bilgisi var.

15 saylı Yasamal birinci seçki dairəsinin bitərəf deputatı Ülvi Quliyevi seçiciləri az-az görsə də, onu tikinti sektorunda daha çox görmək olar. Karateçi deputatın ən yaxşı bildiyi sahə bina tikintisi, ofis və evlərin təmiridir. Həmçinin ona məxsus tikinti briqadaları da fəaliyyət göstərir. Deputatın idman ləvazimatlarının satışı işini yaxşı bilənlərdən biri kimi tanındığı deyilir.

Nabranda Həmkarlar İttifaqına məxsus bütün sanatoriyaların ərazisini satan və icarəyə verən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin bitərəf deputatı Səttar Möhbalıyev ölkədə həmçinin, kağız satışı ilə də tanınan iş adamlarından hesab edilir. Onun Nabranda, Bakının mərkəzində restoran və bir neçə ailəvi istirahət mərkəzi, restorana sahib olması gələn xəbərlər sırasındadır.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin “əbədi” deputatı Madər Musayevin biznes imperiyası isə dodaq uçuqladır. Hacı Madər Bakıda ilk şadlıq evi işlədən iş adamlarındandır. Eyni zamanda qocaman deputat uzunömürlülüyün sirri kimi bərk özüllü işlərə də baş qoşub. Onun beton zavodları, marketlər şəbəkəsi, su istehsalı və satışı işində də əlinə su tökən tapılmadığı iddiaları var.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının gənc deputatlarından olan Anar Məmmədovun keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun klanını uğurla davam etdirmək niyyətində olduğu deyilir. İki illik deputat postunda səsinə cəmiyyətimizi tamarzı qoyan Anar Məmmədov Ziya Məmmədovun ən yaxın dostu Qulam Ələkbərovun kürəkəni kimi bir çox işlərdə uğurlara imza atıb. Gənc deputat qayınatasının tövsiyələrinə əsasən tikinti sektorunda fəaldır. O özü də gənc iş adamı kimi Dərnəgüldə Tikinti satış mərkəzləri, villaların icarəyə verilməsi, ev tikintisi, avto-təmir məntəqələrinin sahibi kimi heç də havadarlarından geri qalmadığını nümayiş etdirir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi