azia.az
azia.az

“Veysəloğlu”nun satdığı kolbasa və sosiskaların tərkibində ət varmı..? - “Halal” adı altında satılan kolbasalar..

7-04-2022, 12:36



“Veysəloğlu”nun satdığı kolbasa və sosiskaların tərkibində ət varmı..? - “Halal” adı altında satılan kolbasalar..
Bu məhsullar milllətimizin genefondunu məhv edir...
“Veysəloğlu”nun satdığı kolbasa və sosiskaların tərkibində ət varmı..? - “Halal” adı altında satılan kolbasalar..
“Halal” adı altında satılan kolbasa və sosiskalara nələr qatılmır..?

Hamımıza məlumdur ki, Azərbaycan kolbasa, sosiskaya olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir.
Yəni ölkəmizdə kolbasa, sosiska istehsal edən şirkətlərlə yanaşı, biz Rusiyadan, Polşadan, Ukraynadan və digər ölkələrdən kolbasa məhsulları idxal edirik.
Neçə ildir insanlarımızı düşündürən bir sual var:
Əgər yediyimiz kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ətdən çox ucuz qiymətə satılır..?
Əslində haqlı sualdır.
İnsanlarda ciddi şübhə var ki, kolbasa və sosiskaların tərkibində ətdən başqa nə desən var.
Ya da 10-15 faiz ət qataraq keyfiyyətsiz kolbasa və sosiska istehsal edərək istehlakçılara satırlar.
Başqa ciddi şübhələr də var.
Neçə illərdir ki, Leş Tofiq kimi tanınan şəxslər rayonlarda ölmüş at, eşşək, heyvan leşlərini gətirib Bakıda təzə ət adı ilə ucuz qiymətə dönərxanalara, kolbasa sexlərinə verirlər.
Bunu bütün ölkə bilir. Dəfələrlə Leş Tofiq kimilər həbs olunsa da qısa müddət sonra azadlığa çıxıb yenə əməllərini davam etdirirlər.
Yəni ölkəmizdə satılan kolbasa və sosiskalara ya cüzi ət qatılır, ya da mənşəyi bəlli olmayan ətdən istifadə olunur.
Bəli, daxili istehsalda ciddi problemlər var.
Bəs görəsən xaricdən aldığımız kolbasa və sosiska məhsulları necədir..?
Ekspertlərin dediyinə görə, Azərbaycana gətirilmiş kolbasa məmulatlarının içərisində demək olar ki, ətdən başqa hər şey var. Bu kolbasalarda süni ət, soya unu, sümük unu (Azərbaycanda heyvanların sümüyü atılır, Rusiyada sümüklər una çevrilib, kolbasalara qatılır) donuz və müxtəlif heyvanların dərisi, heyvanların tullantısı hesab edilən bütün elementlər kolbasa və sosiskalara vurulur. Xaricdən gətirilən bu kolbasaların etiketlənməsi çox yaxşı olur, rəngi-dadı öz yerində olur. Onlara çox sayda dadlandırıcı, rəngləndirici və qoxu verən maddələr vurulur.
İndi gördünüzmü, yediyimiz kolbasa və sosiskalar nə gündədir..?
Amma bir məsələni də xüsusi olaraq qeyd edək.
Xarici ölkədən aldığımız keyfiyyətsiz kolbasa və sosiskanı həmin ölkədə vətəndaşa sata bilməzsən.
Yəni bizim ölkəyə kolbasa gətirən şirkətlərimiz gedib həmin ölkədə kolbasa və sosiskanın tərkibi ilə bağlı “zakaz” verirlər.
İndi bildinizmi problem nədir..?
Oxucu üçün maraqlı olar deyə, onu da qeyd edək ki, bəzi ölkələrdə, ümumiyyətlə, kolbasa və sosiska istehsalı qadağan olunub.
Yeri gəlmişkən, Azərbaycanda kolbasa istehsalında Hindistandan gətirilmiş keyfiyyətsiz ətlərdən də geniş istifadə edilir.
Əslində kolbasa və sosiskanın tərkibində 50 fazi ət olmalıdır.
Amma Aydın Talıbovun sahibi olduğu “Veysəloğlu” şirkətlər qrupuna məxsus olan “Araz” və “Oba” marketlərində satılan kolbasa və sosiskaların tərkibində heç 10 faiz ət yoxdur.
Hələ bunlar azmış kimi, Veysəloğlu “Halal” kolbasa və sosiska reklamı adı altında az qala millətimizin genefondunu məhv edir.
Bəli, “Halal” etiketi ilə istehsal edilən kolbasa və sosiska məhsulları da var.
Görəsən, bu məhsullara halallıq sertifikatını kim və necə verib..?
Bəli, "Veysəloğlu” Şirkətlər Qrupunun əsas partnyor şirkətlərindən olan "Halal Dad” MMC-nin məhsullarının halallığı alıcılar tərəfindən ciddi şübhə ilə qarşılanır.
Görəsən, Veysəl müəllimin oğlu bilmir ki, Bismillah deməklə kolbasa istehsal etmək halallıq demək deyil.
Peyğəmbər əfəndimiz əbəs yerə demirdi ki, biz yediklərimizin cəmiyik.
Yəni yediklərimiz bizim həyatımızı, sağlamlığımızı müəyyən edir.
Adı halal olub, ancaq mənşəyi bəlli olmayan məhsullarla millətin gələcyini məhv etmək ən böyük cinayətdir.
Həm də Aydın Talıbovun nəzərinə bir məsələni də çatdırmaq istəyirik ki, halallıq çox geniş anlayışdır. Bu anlayışı təkcə kolbasa və sosiska ilə bağlamaq gülüncdür.
Məsələn, vergidən yayınmaq, yaxud işçilərin haqqını yemək ən böyük haramçılıqdır.
P.S. Yeri gəlmişkən, son günlər Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəmizin kolbasa, sosiska və servelat bazarında ciddi problemlər ortaya çıxdığı bəlli olub.
Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə; My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi