azia.az
azia.az

Hacı Turqay halala haram qatır?

29-09-2018, 10:38

Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib.
Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı "Halal" adı ilə satılır. Azərbaycanda "Halal" sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi dolayısı yolla (özlərinin havadarlarının vasitəsi ilə almış) olan bəzi şirkətlər də məhsullarını "halal" adı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir. Ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanlara saxta "halal qida" yedizdirən onlarla sahibkar fəaliyyət göstərir. Bu günkü mövzumuzun qəhrəmanı Sahibkar və onun istehsal etdiyi “Hacı Turqay” şirkətinin məhsullarıdır. Təəsüf hissi ilə qeyd etməliyəm ki , bu qurum fəaliyyət göstərdiyi illər ərizində " hər zaman Halal" sertifikatı almış kimi özünü təqdim edərək istehlakçıları aldadmışdır. Sahibkarın saxta əməllərini ifşa etməklə içtimayətə bildirmək və o cümlədən aidiyyatı qurumları məlumatlandıraraq qarşısının alınması bizim üçün vacibdir"
Əldə etdiyimiz məlumata əsasən, bu gün də sözü gedən şirkətin sifarişi ilə Azərbaycana xarici ölkələrdən quş ətləri və digər mənşəyi bilinməyən ət məhsulları gətirilir, Kolbasa və sosislərin hazırlanmasında istifadə edilərək "halal" adı ilə insanlara təqdim edilir . “Hacı Turqay” şirkəti haqqında digər məlumata əsasən sahibkar qanunla ona təyin olunmuş gəlir vergisindən (keçmiş MTN-dəki havadarının gücü vasitəsilə) uzun illər yayınaraq, fəaliyyətini bu gündə davam etdirməkdədir.
Bildiririk ki, "halal mal" istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Əgər maliyyə mənbəyi haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, bu halal sayıla bilməz"
Ölkəmizdə istənilən sahədə fəaliyyət göstərən sahibkarlar qanuna əsasən ona təyin olunmuş gəlir vergisini ödəməlidir və əks halda cinayət məsuliyyətinə cəlb edilməlidir.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Mövzu diqqətimizdədir.

GundemXeber.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi