azia.az
azia.az

QURANİ-KƏRİMİN 1400 İL ƏVVƏL DEDİKLƏRİ BİR OLAN ALLAH!!!

7-01-2017, 17:14

QURANİ-KƏRİMİN 1400 İL ƏVVƏL DEDİKLƏRİ BİR OLAN ALLAH!!!
Yer üzünə göndərilən sonuncu müqəddəs kitabın – Qurani-Kərimin İlahi həqiqətlərinə müsəlman olan hər bir kəs inanır və onu öyrəndikcə müsəlman olduğuna, tək olan Tanrıya sığındığına görə “Həmd olsun!” deyir...



Kanadada “The Qlobe ənd Mail” və “The Qazette” adlı gündəlik nəşr edilən qəzetləri izləyən oxucular 22 və 23 noyabr 1984-cü il tarixində dərc ediılən xəbərdən təəccüblənmişdilər. Yazıda müqəddəs Quranın 13 əsr sonrakı hadisələri bütün incəlikləri ilə dilə gətirdiyi bildirilirdi. Elm adamları, xüsusilə də, embrioloqlar ana bətnindəki embrionun inkişafı ilə əlaqədar olan bu xəbərə əvvəlcə inanmaq istəməmişdilər və bunu yalnız bir məlumat olaraq qəbul etmişdilər. Ancaq “The Qlobe ənd Mail” qəzetində Kanadanın ən tanınmış embrioloqlarından biri olan professor dr.Moorun böyük bir kartona yazılmış olan Quran ayələrini əlində tutaraq şəkil çəkdirməsi hadisəni günün mövzusu halına gətirdi. Adı çəkilən qəzet 22 noyabrda verdiyi xəbərin başlığını “Müsəlman alimlər heyrətə gəldilər. Embrion inkişafı üzrə alim Quranın sirlərini açıqlayır” şəklində vermişdir. Həmin məqalədə dr. Moore kəşfini belə izah edirdi:

“Embriologiya haqqında ilk çalışmalar eramızdan əvvəl 4-cü əsrdə yaranmışdı. Mikroskopun 17-ci əsrdə kəşf edilməsilə insan hüceyrəsindəki embrioloji səhifədə açıqlanma olmasına baxmayaraq, embrioloigiyada diqqətəlayiq irəliləyiş olmadı. Bir neçə il Quran və hədislər üzərində araşdırmalar apararaq, insanın embrioloji inkişafını aydınlaşdırdım və 7-ci əsrdə bəşəriyyətə göndərilən bu İlahi kitabda elmi araşdırmalarla tam uyğun gələn açıqlamalar qarşısında çaşıb qaldım. Indi Qurandan seçdiyim ayələri embriologiyada əldə edilən son məlumatlarla müqayisə edək:

insanın ana bətnindəki hüceyrələr halında inkişaf etməsi 1942-ci ildə məlum olmuşdu və bu fikir 1974-cü ildə hamı tərəfindən qəbul edilmişdi. Halbuki Quran inkişafın 3 qaranlıq bölgədə cərəyan etdiyini açıqca bildirir. Embriologiyanın son nailiyyətlərinə tam olaraq uyğunluq göstərən bu bölgələrdən birincisi bətnin divarı, ikincisi qarnın divarı, üçüncüsü isə birləşik embrion və kroyonların meydana gətirdiyi amniyokliyonik membrandır. Bu üç anatomik bölgə embrionu xarici təsir və ziyanlardan qoruyur. Quranın ayələri ilk həftələrdəki inkişafı dilə gətirərkən insan embrionunun misilsiz tərifini verir.”

Dr.Moore möcüzə olaraq qiymətləndirdiyi digər araşdırmalarını da belə izah edir:

“Araşdırmalara görə, embrion mayalandıqdan 10 gün sonra bətnə düşür. Səkkizinci həftədə insana bənzəməyə başlayır. Bətnə düşməsindən 50-55 gün sonra embrion hər şeyilə insandır. Qulaq və gözlər 4-cü həftədə yaranmağa (şəkillənməyə) başlayır və 6-cı həftənin sonunda artıq tam formalaşır. Araşdırma qrupumuzla birlikdə bütün bunları Peyğəmbər hədisində oxuduğumuzda heyrət içində qaldıq. Həmin hədisdə belə deyilirdi: “Döl meydana gəldikdən 42 gün sonra Allah bir mələyini göndərir. Mələk dölün xarakterini aşılayır, duyğu orqanlarını (göz, qulaq kimi) yerləşdirir, ətini, sümüyünü yaradır və mələk “Allahım, bu qızdır, ya oğlan?” deyə soruşur.”

Bu hədisdə bir incəlik də vardır. Mələk Allahdan nə üçün uşağın cinsiyyətini soruşur? Bu sualın cababı da heyrətvericidir. Çünki bu zaman ərzində uşağın əti, sümüyü tamamlandığı, xarakteri və duyğuları yerləşdirildiyi halda cinsiyyət hələ də bəlli olmur. Və bu hədisdə çox aydın şəkildə açıqlanır:

“Ayə və hədislərin elmi araşdırmalar barəsindəki açıqlamaları biliyimin artmasıyla daha yaxşı dəyərləndirə biləcəyimi hiss edirəm. Din və elm arasında illər boyu buraxılan məsafənin Quran və hədislərin işığı altında yaxınlaşacağına inanıram. (Dr. Keyt Moor)

Bu məqamda “Səni tanımayana lənət, Allahım!” deməyim gəldi!

\Sozazadligi.org/

1


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi