Patriarx Kirill Ermənistan və Azərbaycanın dini liderlərinə müraciət etdi
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına çağırıb və münaqişənin həllində tərəflərə yardım etməyə hazır olduğunu bildirib.
Gün.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə patriarx Kirillin bütün ermənilərin katolikosu II Qaregenə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə göndərdiyi məktubda deyilir.
“Allahın köməyi ilə tezliklə sülh və barışın əldə olunacağına inanıram. Azərbaycanın və Ermənistanın dini liderləri uzun illərdir Qarabağ münaqişəsinin həlli üçün çalışırlar. Əminəm ki, bu qiymətli təcrübə davamlı və ədalətli sülhün əldə edilməsi üçün əsas olacaq”.