azia.az
azia.az

Maşın bazarında son vəziyyət: "Prado” 4 min, "Mercedes C Class” 7000 ucuzlaşdı

23-05-2017, 18:48

Maşın bazarında son vəziyyət: "Prado” 4 min, "Mercedes C Class” 7000 ucuzlaşdı


Bakıda ikinci əl avtomobillər ucuzlaşmağa başlayıb.

Fins.az xəbər verir ki, may ayının əvvəlindən etibarən hər həftə avtomobillərin qiymətləri düşməkdə davam edib.

Ümumilikdə isə son bir ayda ikinci əl avtomobillər 10-15% ucuzlaşıb.

Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov bildirib ki, ikinci əl avtomobil bazarında bütün markalar üzrə qiymətlərdə enmə var.

Azərbaycan bazarında öz məşhurluğu ilə seçilən köhnə "Mercedes C Class” və "Mercedes E Class”lar 3000-3500 manat ucuzlaşıb.

Məsələn, aprel ayında qiyməti 10 min manata kimi qalxan 1998-2000-ci model "Mercedes C Class” indi 7000-6500 manata kimi ucuzlaşıb.

Eyni qiymət fərqi "Opel” modellərində də müşahidə edilir. Aprel ayında qiyməti 8 min manata kimi artan 1998-2000-ci il model sedan və furqon "Opel Astra” və "Opel Vectra” modelləri 8000 manatdan 5000-5500 manata kimi ucuzlaşıb.

V.Hüseynovun sözlərinə görə, "Lada” avtomobilləri arasında yalnız "Niva”ların qiymətləri stabil olaraq qalıb. Digər modellərdə isə ucuzlaşma olub. Məsələn, əvvəl 11-12 min manata satılan 2012-2013-cü il model "Lada Priora” indi 8 min manata təklif edilir. Digər modellər isə 1500- 3000 manat ucuzlaşıb. Məsələn, 5000 manata satılan "Vaz 2107” indi 3000-3500 manata təklif edilir.

Azərbaycan ikinci əl avtomobil bazarında özünə yer tapmağı bacaran Cənubi Koreya markalarında da qiymətlər aşağı düşüb. V.Hüseynovun sözlərinə görə, əsasən taksi kimi istifadə edilən "Kia Rio”ların qiymətləri bazar üzrə stabil qalıb.

Digər modellər isə 2500-3000 manat arasında ucuzlaşıb. Məsələn, bir ay əvvəl 18-19 min manata satılan "KİA Cerato”nun qiyməti indi 15500-16000 manata düşüb. 25-26 min manatlıq "KİA Sportage”i isə indi 22-23 min manata almaq olar.

Eyni ucuzlaşma "Hyundai” modelllərində də hiss olunur. Məsələn, əvvəl 24-25 min manata təklif edilən 2011-2013-cü il model "Hyundai ix35”lər indi 21500-22000 manata düşüb.

Ucuzlaşma 2007-2009-cu il model "Toyota Prado”lardan da yan keçməyib. Məşhur 2.7 l mühərrikli "Prado”nu bir ay əvvəllə müqayisədə 4 min manat ucuz almaq mümkündür. Yəni, əvvəl 30 min manata satılan offroader indi 26 min manata təklif edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi